hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Erməni generala yeni vəzifə: “Bu, Qarabağda ciddi siyasi çaxnaşmaya gətirə bilər” - POLİTOLOQ

Erməni generala yeni vəzifə: “Bu, Qarabağda ciddi siyasi çaxnaşmaya gətirə bilər” - POLİTOLOQ

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan qondarma rejimi yenidən formalaşdırdı. Buradakı rəhbərliyə Araik Arutunyan gətirildi. Əsas diqqət çəkən məqam Samvel Babayanın “təhlükəsizlik katibi” gətirilməsidir”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

O qeyd edib ki, Samvel Babayan Azərbaycana qarşı müharibədə əsas iştirakçı olub. Onun buradakı missiyası əsasən Serj Sarkisyan və Robert Köçəryanın adamlarını nəzarətdə saxlamaq olacaq:

“Bu gün Ermənistanda və Qarabağda qondarma rəhbərlikdə təmsil olunanlar müharibə iştirakçıları deyil. Buna baxmayaraq onların siyasəti əvvəlkilərindən daha da radikaldı. Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır. Status-kvonun qorunması və cəbhədə atəşkəsdən istifadə edərək, işğalçı tərəf öz müdafiə xəttini möhkəmləndirir. Hesab edirəm ki, bu il ərzində danışıqlar prosesində heç bir nəticə olmayacaq. Yay aylarında Azərbaycan tərəfi Ermənistanın mövqelərinə zərbələr endirərsə, bu Ermənistanda və Qarabağda ciddi siyasi çaxnaşmaya gətirə bilər. Həmçinin Qarabağda məskunlaşma və infrasturukturun qurulmasının qarşısı alına bilər”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 13839