hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ekskavatorçunun tapılması üçün suçəkmə işlərinə başlanıldı

Ekskavatorçunun tapılması üçün suçəkmə işlərinə başlanıldı

Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Cebhe.info


Oxunma sayı: 1177

Bizim Telegram səhifəmizi izləyin