hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Direktor müavini olmaq istəyən 416 nəfər müraciiət edib

Direktor müavini olmaq istəyən 416 nəfər müraciiət edib

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 14-21 aprel tarixlərində respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub.

Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. Onlardan 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.

Hazırda müraciətlərin yoxlanması həyata keçirilməkdədir. 27 aprelədək sənədləri qaydasında olan şəxslərin ikinci mərhələyə keçməsi barədə məlumat şəxsi kabinetlərinə göndəriləcək. İlk mərhələdən keçən namizədlər üçün test imtahanının 2 may tarixində təşkili nəzərdə tutulur.

Cebhe.info


Oxunma sayı: 529