hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi müsabiqənin qalibləri bəlli olub

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi müsabiqənin qalibləri bəlli olub

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqənin qalibləri müəyyənləşib.

Bu barədə məlumatı Cebhe.info-ya Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib.

O bildirib ki, müsabiqədə 1-ci yerə Etibar Cəfərov, 2-ci yerə Aleksandr Fristov, 3-cü yerə isə Rauf Umud layiq görülüb. Qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib. Qaliblərə 1-ci yer üçün 1500 AZN, 2-ci yer üçün 1000 AZN, 3-cü yer üçün 500 AZN pul mükafatı təqdim olunacaq.

Müsabiqənin "Mobiloqrafiya" nominasiyasının qalibləri isə Selcan Ələsli (1-ci yer), Almaz Bağırzadə (2-ci yer) və Kənan Süleymanovdur (3-cü yer)”.

Qeyd edək ki, münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib, Dənizkənarı Bulvar İdarəsinin “İnstaqram” səhifəsində izləyicilərin səsvermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə 1-ci yer üçün 300 AZN, 2-ci yer üçün 200 AZN, 3-cü yer üçün 100 AZN pul mükafatı təqdim olunacaq.

Hicranə
Cebhe.info


Oxunma sayı: 10066

Bizim Telegram səhifəmizi izləyin