hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Dayısı 18 yaşlı qızı qətlə yetirdi:Anası komaya düşdü

Dayısı 18 yaşlı qızı qətlə yetirdi:Anası komaya düşdü

Göyçayda 18 yaşlı qız qətlə yetirilib.

Cebhe.info APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.

Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.

Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürdüyünü deyib. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1805