hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cavanşir Quliyev: "Hamımız Ali Baş Komandanın yanındayıq"

Cavanşir Quliyev: "Hamımız Ali Baş Komandanın yanındayıq"

“30 ildə görünməmiş hadisə baş verdi, bütün cəmiyyət bir araya toplandı, hamı müharibəni udmağa köklənib. Sosial şəbəkədə yazmışdım ki, nəhayət, Ali Baş Komandan əmr verdi-müharibəyə başladıq. İllərdir ki, bu günü gözləyirdik, haqq işi uğrunda bir araya gəlmək, həmrəy olmaq gözəl hissdir, bunu yaşadığımız üçün daha da həyəcanlıyıq. İllərdir dünya səsimizi eşitmədi. Artıq biz də dünyanı eşitmirik. Elə buna görə də artıq dünya ölkələrinin nə deyəcəyinə önəm vermədən, sadəcə, olaraq haqq işimizə köklənməliyik”.

Cebhe.info xəbər verir ki, bunu Əməkdar İncəsənət Xadimi, Azərbaycan Kinematoqrafçıllar İttifaqının üzvü, bəstəkar Cavanşir Quliyev deyib.

C.Quliyev bildirir ki, Prezident İlham Əliyevin dünya ölkələrinə öz sözünü deməsi, dünya liderlərinin qarşısında bir lider kimi öz mövqeyini qoyması çox gözəl hissdir: “Azərbaycanımızın güclü ordusu var, ön cəbhədə ordumuzun gücü, arxa cəbhədə də biz güclü olmalıyıq. Dünyaya özümüzü sübut etməliyik”.

Cavanşir Quliyev də o fikirdədir ki, böyük qürur hissilə müharibədəki qələbələrimizə nə qədər çox seviniriksə, bir o qədər də itkilərimizə üzülürük: "Çünki güclü döyüşlər gedir, şəhidlərimiz var. Ermənilər mülkii əhalini də rahat buraxmır, dünyasını dəyişənlər var. Artıq son iki gündür ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması bizləri narahat edir. Dünya bu hadisələrə göz yumur, susur. Ancaq Ermənistan yalan xəbərlərlə dünyanı bizə qarşı qoymağı bacarır. Zənnimcə, bütün bunlar bizə artıq təsir etməyəcək. Tezliklə güclü ordumuz Qarabağ topaqlarının qalan hissəsini də işğaldan azad edəcək, artıq Qarabağ bizim üçün daha da müqəddəs yer olacaq. Çünki bu yer uğrunda çox qurbanlar verdik, çox mübarizə apardıq, artıq həsrətimizə, göz yaşlarımıza son qoyulacaq. Ali Baş Komandanın haqq uğrunda apardığı bu mübarizədə hamımız bir nəfər kimi onunla həmrəyik, onun yanında, ordumuzun yanındayıq”.

Cebhe.info


Oxunma sayı: 859

Bizim Telegram səhifəmizi izləyin