hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

"Bulvarda mazut qoxusu hər tərəfi bürüyür" - Deputatdan İRAD

"Bulvarda mazut qoxusu hər tərəfi bürüyür" - Deputatdan İRAD

Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.

E.Axundova bildirib ki, paytaxt Bakıda ekoloji vəziyyət dözülməzdir: “Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürüyür. Nə üçün həmin ərazi təmizlənmirə "Ağ şəhər" ərazisində də vəziyyət pisdir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə daha ciddi işləməlidir”.

Millət vəkili qeyd edib ki, bir çox kustar sexlər ekoloji vəziyyəti bərbad günə salır: “Şadlıq evləri nə qədər tüstü, zərərli maddələr buraxır. Bütün bunların hamısı ciyərlərimizə dolur. Nə yaxşı ki, Bakıda hərdən külək əsir, şəhərin havası bir qədər təmizlənir”.

Cebhe.info


Oxunma sayı: 5423