hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Bu tələbələrə Prezident təqaüdü verilmir: 102 nəfər arasında onlar niyə yoxdur ? - EKSPERT

Bu tələbələrə Prezident təqaüdü verilmir: 102 nəfər arasında onlar niyə yoxdur ? - EKSPERT

“Hər il ölkə başçısı qəbul imtahanlarından sonra ən yüksək bal toplayan 102 nəfərə Prezident təqaüdü təyin edir. İlk dəfə Prezident təqaüdü 2001-ci ildə təsis olunanda 25 nəfər üçün nəzərdə tutulmuşdu, qanuna 2004-cü ildə edilmiş dəyişikliyə görə, 100, 2006-cı ildə edilmiş dəyişikliyə əsasən, Prezident təqaüdünə layiq görülmüş 100 tələbədən sonra Naxçıvan Muxtar Respublikası məktəblərinin məzunları sırasından ən yüksək bal toplamış 2 nəfər tələbəyə də verilməyə başlandı. Yəni 2006-cı ildən etibarən ixtisas qrupları üzrə yüksək bal toplayan 102 tələbəyə təyin olunur. 

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələnin digər tərəfinə diqqət çəkib. O, qəbul imtahanının 5 ixtisas qrupu üzrə olduğu halda, Prezident təqaüdünün 4 ixtisas qrupu üzrə təyin edildiyini vurğulayıb: 

“Niyə 4 ixtisas qrupu üzrə ən yüksək bal toplayan 102 abituriyentə təyin olunur? Axı qəbul imtahanı 4 ixtisas qrupu üzrə yox, 5 ixtisas qrupu üzrə həyata keçirilir. Yəni niyə V ixtisas qrupu üzrə prezident təqaüdü təyin olunmur? Axı fərmanda qeyd olunur ki, sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunur. Niyə V qrup üzrə yüksək bal toplayan abituriyentlərə şamil olunmur? Prezidentin sərəncamında açıq şəkildə ifadə olunur: “2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin”. Yəni bütün ixtisas qrupları üzrə. Daha deyilmir ki, I,II,III və IV ixtisas qrupu üzrə yüksək bal toplamış abituriyentlərə verilsin. Ona görə də növbəti illərdə bu məsələyə aydınlıq gətirilməli və V ixtisas qrupu üzrə yüksək bal toplamış abituriyentlər də bu siyahıya daxil olmalıdır”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1772