hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

"Brent" neftinin qiyməti 48 dolları ötüb

"Brent" neftinin qiyməti 48 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 48 dolları keçib.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 09:08-də "Brent"ın 1 barelinin qiyməti 0,98% artaraq 48,25 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 48 dollarda yuxarı martın 6-dan qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,96% artaraq 45,34 dollar təşkil edib.

Cebhe.info


Oxunma sayı: 1079

Bizim Telegram səhifəmizi izləyin