hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

BNA sədri: "Bəzi avtobusların bizim yeni qurğuları idarə etməyə gücü çatmır”

BNA sədri: "Bəzi avtobusların bizim yeni qurğuları idarə etməyə gücü çatmır”

2020-ci ildən 478 avtobusda nağdsız ödəniş tətbiq olunub. Ümumilikdə 1107 avtobusda tətbiq edilir. Bakıda 47 faiz nağd, 53 faiz nağdsız ödəmədir.

Cebhe.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gündəlik 600 min nəfərə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir:

"Lakin bəzi avtobuslar var ki, onların vəziyyəti qənaətbəxş deyil. Doğrudur, biz onları təmir edirik, amma onların bizim yeni qurğuları idarə etməyə gücü çatmır”.

Cebhe.info


Oxunma sayı: 1255