hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Bir tərəfdə Qarabağ atı, o bir tərəfdə "Xarı bülbül" - Amerikada yeni lövhələr

Bir tərəfdə Qarabağ atı, o bir tərəfdə "Xarı bülbül" - Amerikada yeni lövhələr

ABŞ-ın Minnisota ştatının Bluminqton şəhərində Azərbaycan həqiqətlərinə dair şüarların əks olunduğu lövhələr quraşdırılıb.

Cebhe.info xəbər verir ki, lövhələrdə Azərbaycan xəritəsi təqdim olunub. Xəritənin bir tərəfində Qarabağ atı, digər tərəfində isə "Xarı bülbül" çiçəyinin şəkilləri əks olunub. Xəritənin yuxarı hissəsində "Qarabağda Ədalət - Azərbaycanda Sülhdür" şüarı, aşağı hissəsində isə "Qaçqınlarımız evlərinə qayıdırlar" sözləri yazılıb.

Minnisota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rally-nin təşkilatçılığı ilə həyata keçirilən aksiyanın məqsədi Qarabağın işğaldan azad olunmasına, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə diqqəti cəlb etməkdir.

Cebhe.info


Oxunma sayı: 2355

Bizim Telegram səhifəmizi izləyin