hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarus kilsəsi Lukaşenkoya təbrikdən imtina etdi və üzr istədi

Belarus kilsəsi Lukaşenkoya təbrikdən imtina etdi və üzr istədi

Belarus kilsəsi Lukaşenkonu seçkidə qələbəyə görə təbrik etdiyi üçün üzr istəyib.

Cebhe.info xəbər verir ki, bu barədə kilsənin təmsilçisi Sergey Lepin bildirib.

Onun sözlərinə görə, Mitropolit Pavel təbrikin erkən olduğu qənaətinə gəlib: "Mitropolit Belarusdakı vəziyyətlə bağlı məlumat alıb, videolara baxıb, təəccüb və əsəb keçirib".

Xatırladaq ki, Pavel Lukaşenkonu seçkidən bir gün sonra təbrik etmişdi. Patriarx Kirillin təbrikindən sonra Pavelin təbrik mətni yayılmışdı. İndi isə nümayəndə bildirib ki, kilsədə hər gün saxlanılanların azad edilməsi üçün dua ediləcək.

Xəzər

Cebhe.info


Oxunma sayı: 5666