hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Belarus seçkisində uzun növbələr: MSK müxalifəti “sabotaj”da günahlandırdı

Belarus seçkisində uzun növbələr: MSK müxalifəti “sabotaj”da günahlandırdı

Bu gün Belarusda keçirilən prezident seçkisində səsvermə məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Cebhe.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyası növbələrə aydınlıq gətirib. MSK-nın sədri Lidiya Yermoşina bildirib ki, buna narazı elektoratın təxribatı səbəb olub: “Bunlara nə öyrədiblər?

Gedin və səsvermə kabinəsini yarım saat məşğul edin. Belə də baş verdi. Buna görə də səsvermə məntəqələrinin buraxılış tutumu çox deyil".

MSK sədri bunu "sabotaj" adlandırıb. Bu işdə xüsusilə hazırda həbsdə olan, Lukaşenkonun əsas rəqiblərindən biri sayılan Viktor Babrikonun qərargahını günahlandırıb.
Xəzər
Cebhe.info


Oxunma sayı: 4258