hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Bayrama görə bütün pensiyalar ödənildi

Bayrama görə bütün pensiyalar ödənildi

Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb.

Cebhe.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, fond may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb:

“Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla, respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”.

Cebhe.info


Oxunma sayı: 5325