hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bank kartlarından məlumatlar necə oğurlanır? – AÇIQLAMA

Bank kartlarından məlumatlar necə oğurlanır? – AÇIQLAMA

Son dönəmlərdə bank kartlarından məlumatların oğrulanması halı artıb.

Vətəndaşlar hesablarında müxtəlif məbləğlərdə pulların yoxa çıxdığından və oğurlandığından şikayətlənirlər. Bu cür hallardan gec xəbər tutulduqda pulları geri qaytarmaq olmur.

Bəs insanlar bu məlumatları necə qoruya bilərlər?

Bu barədə Cebhe.info-ya açıqlamasında bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu ilk növbədə vətəndaşların öz məsuliyyətindədir:

“Kart məlumatlarının qorunmasını birinci növbədə müştərinin özü təmin etməlidir. Kartın üst tərəfində 16 rəqəm, arxa tərəfində 3 rəqəm var, üstəlik kartın 4 rəqəmli pinkodu var, hansı ki, kartı əldə edəndə əlavə bir zərfdə verirlər.

Bilmək lazımdır ki, başqasına yalnız 16 rəqəmli kodu, ayın tarixi qeyd olunan hissəsi və ad-soyadı vermək olar ki, o da kimsə sizə ödəniş edə bilsin deyə. Kartın arxasında yerləşən 3 rəqəmli kodu və pinkodu isə heç kəsə vermək olmaz. Təəssüf ki, vətəndaşlar bu məlumatları da, kartı da başqasına verirlər. Yəni ilk olaraq oğurlanma bu cür olur, vətəndaşların öz məlumatsızlığı səbəbindən”.

Eyni zamanda ekspert vurğulayır ki, bəzi hallarda isə bu bank əməkdaşlarının məlumatları götürməsi səbəbindən olur:

“Digər səbəb isə bəzən bankın əməkdaşları qanunsuzluğa yol verirlər. Bu da təbii ki, qanuna zidd hərəkətdir və birbaşa cinayət məsuliyyətidir”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1992