hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakının bu rayonu işıqsız qaldı-SƏBƏB

Bakının bu rayonu işıqsız qaldı-SƏBƏB

Bu gün günorta saatlarından, təxminən 14:10 radələrindən Bakının Xətai rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

Cebhe.info xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Məlumata görə, rayonun N.Tusi, Neapol, Şıxlınski küçələrində elektrik enerjisi verilmir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Cebhe. info-ya açıqlamasında bildirib ki, hazırda həmin ərazidə elektrik təchizatının dayandırılması texniki məsələlərlə əlaqədardır:

"Ərazidə elektrik təchizatı texniki baxışla əlaqədar olaraq dayandırılıb. Bu yay aylarında həmişə həyata keçirilir. Hər ərazidə müxtəlif gün və saatlarda elektrik təchizatı dayandırılaraq xətlərdə təftiş aparılır.
Məqsəd elektrik xətlərini, transformatorların yoxlanılması və gücləndirilməsidir. Sözügedən ərazinin elektrik təchizatı 15 dəqiqəyə bərpa olunacaq".

Əli Bədir
Aydın
Cebhe.info


Oxunma sayı: 1167