hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakıda kanalizasiya probleminin həllinə vəsait lazımdır - AGENTLİK

Bakıda kanalizasiya probleminin həllinə vəsait lazımdır - AGENTLİK

“Bakının və digər rayonların tullantı sularının idarə olunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayon mərkəzlərində və insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana ilə birgə kanalizasiya sistemləri qurulub. Lakin bu, yetərli deyil.

Bakı şəhərinin 12 rayonunda təxminən 50-55 %-ə qədər mərkəzləşdirilməmiş kanalizasiya şəbəkəsi var. Orada formalaşan tullantı suları sututarlara və Xəzər dənizinə istiqamətlənib".

Cebhe.info xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, problemin köklü həlli üçün vəsait qoyulmalıdır:

"Məqsədimiz tam şəkildə kanalizasiya şəbəkəsinin qurulması, təmizləyici qurğu komplekslərinin yaradılmasıdır. Əsas hədəfimiz həmin komplekslərdə formalaşan tullantı sularının təkrar xammal kimi istifadə olunmasıdır”.

Cebhe.info


Oxunma sayı: 991