hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bakı-Gəncə qatarından istifadə edənlərə ŞAD XƏBƏR

Bakı-Gəncə qatarından istifadə edənlərə ŞAD XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edib.

QSC-dən verilən məlumata görə, məqsəd Dövlət Bayrağı günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-dəBakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat  21:15-də  Bakıya çatacaq.

Cebhe.info


Oxunma sayı: 540