hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bacılar mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular

Bacılar mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular

ABŞ sakinləri olan iki bacı mağazada onlara maska rejiminə riayət etməklə bağlı çağırış edən mühafizəçini bıçaqlayıblar.

Bununla bağlı "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Çikaqoda baş verən hadisə zamanı 21 yaşlı Cessika və 18 yaşlı Ceyla Hill mühafizəçiyə 27 bıçaq zərbəsi vurub.

Məlumatlara görə, Ceyla mühafizəçinin saçından tutub, Cessika isə cibindən bıçağı çıxardaraq, ona zərbələr endirib. Xəsarətlərə baxmayaraq, mühafizəçi sağ qalıb.

Bacılar hadisə yerinə çağırılan polislər tərəfindən saxlanılıb. Qızların vəkili bildirib ki, hər iki bacı psixi pozğunluqdan əziyyət çəkir. Faktla bağlı məhkəmə prosesi noyabrın 4-nə təyin edilib. /Oxu.az

Cebhe.info


Oxunma sayı: 1013

Bizim Telegram səhifəmizi izləyin