hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxma yoxdur

Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxma yoxdur

Göyçay rayonunda COVID-19 virusuna yoluxma hallarına rast gəlinmir.

Cebhe.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.

Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir:

"Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVID-19-la bağlı vəziyyətə nəzarət olunur".

Cebhe.info


Oxunma sayı: 716