hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycana xaricdən həkim gətiriləcək? - Rəsmi açıqlama

Azərbaycana xaricdən həkim gətiriləcək? - Rəsmi açıqlama

Nazirlər Kabinetinin qərarı ilə ölkəyə 3 ay əvvəl Kubadan gəlmiş 118 həkim hələ də Azərbaycandadır.

Kubalı mütəxəssislər azərbaycanlı həkimlərlə birgə pandemiyaya qarşı mübarizə aparırlar.

Bu barədə məlumatı Cebhe.info-ya açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Vətəndaş Müraciətləri ilə iş şöbəsinin müdiri Rəvanə Əliyeva bildirib.

Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə, Rusiya və Kubadan Azərbaycana yüzlərlə həkim gətirilmişdi. Həkimlər “Gilan Holdinq”, “Paşa Holdinq” və Beynəlxalq Bank tərəfindən gətirilsə də, TƏBİB-in kurasiyasında koronavirusla mübarizədə xidmət göstərirdilər. Daha əvvəl də Heydər Əliyev Fondunun dəvəti ilə Rusiyadan pandemiya ilə mübarizə üçün 22 həkim gəlib. TƏBİB rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda yalnız Kubadan gəlmiş həkimlər fəaliyyət göstərir. Digər ölkələrdən layihə əsasında gəlmiş həkimlər isə ölkələrinə geri dönüblər:

“Digər ölkələrdən həkimlər gətirilməsinə hələlik ehtiyac yoxdur. Ehtiyac olduqda dövlət müvafiq tədbirləri görəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin