hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

"Azərbaycan Hava Yolları", iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə "Belavia" Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı oldu.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, uçuşların tezliyi həftədə iki dəfə - cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Aviabilet satışı həm Milli aviadaşıyıcının www.azal.az saytında, həm də "Belavia" aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcəkdir.

Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2223