hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Astara sakini qohumunun evindən oğurluq etdi

Astara sakini qohumunun evindən oğurluq etdi

Narkotik vasitə ilə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən edilib.

Aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1068

Bizim Telegram səhifəmizi izləyin