hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Abşerondakı göllər yaxın zamanda təmizlənəcək - NAZİRLİK

Abşerondakı göllər yaxın zamanda təmizlənəcək - NAZİRLİK

“Bu ilin fevralından etibarən göllərin təmizlənməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Abşeron yarımadasında 800-dən çox irili-xırdalı göl var. Hədəf həmin göllərin tullantı sularının idarə olunması ilə həcminin azaldılmasıdır. Abşeronda 8 tutumu 300 min hektar ərazini əhatə edən göllər var ki, bu göllərin reabilitasiyası nəzərdə tutulub.

Nazirlik tərəfindən 2013-cü ilə qədər bu göllərin vəziyyəti, çirklənmə mənbələri və digər məsələlərlə bağlı hesabat hazırlandı və İqtisadiyyat Nazirliyinə təqdim olundu. İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən bəri Böyükşor və Zığ gölləri istiqamətində tədbirlər planı müəyyənləşdirildi və müəyyən işlər həyata keçirildi.

Cebhe.info xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov "Facebook"da canlı yayımda bildirib.

Bildirib ki, nazirlik bu işin davamı olaraq təzədən monitorinqlər aparıb:

"Artıq ilkin qiymətləndirmə hazırdır. Məqsədimiz odur ki, bu sahəyə meyl göstərən iş adamlarını məhz həmin ərazilərdə infrastruktur sahələrinin yaradılmasına cəlb etmək və həmin göllərin təmizlənmə təminatının həyata keçirilməsidir. Yaxın zamanlarda bu göllərin təmizlənmə işlərinin şahidi olacağıq”.

Cebhe.info


Oxunma sayı: 1387