hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

ABŞ-dakı etirazların pərdəarxası - Tramp hakimiyyətdən əl çəkəcəkmi?

ABŞ-dakı etirazların pərdəarxası - Tramp hakimiyyətdən əl çəkəcəkmi?

“ABŞ-da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir. Bu Trampa qarşı bir prosesdir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd əsədullazadə deyib.

Onun sözlərinə görə, burada Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırdığı mümkündür:

“Ümumiyyətlə, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olublar. Onlara qarşı təhlükəsizlik işçilərin zorakı üsullarla davranması daima davam edib və bundan sonra da edəcək. Bu etirazlar heç də polis zorakılığına qarşı etirazlar deyil. ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərləşdirəndə heç kim onlara etiraz etmir.

Son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş, bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb. Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyat və infrastrukturu hədəfə alır. Bu insan haqlarının qorunması və polis zorakılığına qarşı etiraz deyil. Etirazlara heç cür haqq qazandırmaq olmaz. Bu, Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan bir siyasi proseslərdi”.

Politoloqun fikrincə, ABŞ-ın fövqəl dövlət kimi zəifləməsi və iqtisadiyyatının sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin işğal planının genişlənməsinə gətirə bilər:

“Qeyd edim ki, Tramp bu anarxistlərin etirazının qarşısını alacaq. Əgər etirazlar sivil şəkildə keçirilsəydi, Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyinin güclənməsinə gətirə bilər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 11122