hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

80 yaşlı Bakı sakini qonşusundan şikayətçidir: “Məni öldürməklə təhdid edir”

80 yaşlı Bakı sakini qonşusundan şikayətçidir: “Məni öldürməklə təhdid edir”

Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava 283-də yaşayan Hüseynov Sadıx Yusif oğlu qonşusu tərəfindən təzyiqlərə məruz qalır. 

Bu barədə o, Cebhe.info-ya  danışıb. Bakı sakini aidiyyati qurumlardan məsələ ilə bağlı kömək istəyir:

“Mən 1961-ci ildə hərbi xidməti bitirmişəm. 1962-ci ildən etibarən Bakı şəhərinin sakiniyəm və burada yaşayıram. 2007-ci ildə qonşu evə Kazimov İlqar Qəzənfər oğlu adlı şəxs köçüb. Aldığı ev də qeyri-qanunidir, heç bir sənədi yoxdur. O, 202 nömrəli evdə yaşayır. Mənim evimin isə  bütün sənədləri var. 2007-ci ildən qonşu məni normal yaşamağa qoymur, öldürməklə təhdid edir. Məni öldürüb evimə girəcəyini , evimi öz adına keçirəcəyini deyir. 2012-ci ildə oğlu Rəşadın, həyat yoldaşı Nəzakətin və özünün mənə fiziki təzyiqləri ilə bağlı akademik Zərifə Əliyeva adına Oftomologiya İnstitutundan ekspert kağızını almışam. Bütün aidiyyəti olan orqanlara şikayət etmişəm. Təəssüf ki, heç bir nəticə verməyib, pulu alıb, cinayəti ört-basdır ediblər. Son olaraq 2019-cu il 6 sentyabrda mənə yenidən hücum ediblər, sağ qolumu da onlar sındırıb. Bunun da sənədlərini toplayıb Nəsimi rayon 20 nömrəli polis şöbəsinə təqdim etmişəm. Şikayətlərim heç bir nəticə vermir. Mənim qolumu qıranlar heç kəsdən qorxmurlar, mənə istədiyim yerə şikayət edə biləcəyimi deyirlər. 5 saylı poliklinika 10 sentyabrda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verib. Klinik Tibbi Mərkəzin verdiyi ekspert sənədinin nəticəsində təkrar rentgen müayinəsindən keçmişəm. Xahiş edirəm ki, mənə bu işdən yaxa qurtarmaq üçün kömək edəsiniz”. 

S.Hüseynovu bildirib ki, 2007-ci ildən qorxusundan evdən çıxa bilmir:

“O vaxtdan bu günə qədər ev dustağıyam. Heç kim mənə kömək etmir. Cənab Prezidentimizdən xahiş edirəm ki, evimin kvadrat metrinə uyğun ya mənə ev verilsin, ya da evin pulu verilsin. Mən, həqiqətən heç bir səhv iş görməmişəm, bunu arxiv sənədləri ilə də yoxlatdıra bilərlər. Mənim nəslimdə- kökümdə heç bir cinayət hadisəsi olmayıb, mən özüm də heç bir cinayət törətməmişəm. Bu şəxsin nəyin əsasında məndən ev tələb etdiyini bilmirəm. Mən İcra Hakimyyəti deyiləm ki, ona ev verib. Prezident qanunsuz evlərin sökülməsi ilə bağlı fərman verib, bu şəxsin öz evi elə sökülməlidir, lakin fərman elə kağız üzərində qalır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 947