hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

2 yaşlı uşağın dəhşətli qətli: “Öməri öldürdükdən sonra anasına...” - TƏFƏRRÜAT

2 yaşlı uşağın dəhşətli qətli: “Öməri öldürdükdən sonra anasına...” - TƏFƏRRÜAT

Xəbər verildiyi kimi, ötən gün 2 yaşlı uşaq qətlə yetirilib.

Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadə başına kürəklə vurularaq öldürülüb. Azyaşlı aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisənin baş verdiyi Tərtər rayonu Hacıqərvənd kəndinin bələdiyyə sədri Kəmaləddin Heydərov Cebhe. info-ya olayın təfərrüatlarından danışıb. Bir qədər əvvəl Ömər Ağazadənin dəfn edildiyini deyən bələdiyyə sədri kənd camaatının hələ də şokda olduğunu bildirib:

“Kənddə hər kəs şokdadır. Uşağı qətlə yetirən Elmir Hüseynovun Ömərin atası Təhmasiblə qohumluq və yaxın münasibətləri, eləcə də hər iki ailənin gediş-gəlişi var. Dünən hadisədən əvvəl də bir yerdə olublar. Olayın baş vermə səbəbi haradan və necə qaynaqlanır, heç kim bilmir. Amma indi üstü açılır ki, uşağı öldürən şəxsin psixi durumu yerində deyil. Mən Elmir Hüseynovu sakit biri kimi tanıyıram. Ailəsi ilə vaxtilə bu kənddə yaşayıblar. Sonradan Tərtər rayonuna köçdülər. Elmir 3 qardaşın böyüyüdür. Tərtərdə ət dükanları var, ət kəsimi və satışı ilə məşğuldurlar. Normal və problemsizdirlər. Elmirin özünün 4 övladı (3 oğlan, 1 qız) var”.

Bələdiyyə sədrinin sözlərinə görə, Elmir Hüseynov uşağı qətlə yetirəndən sonra, Ömərin anasına və evdə olanlara da xəsarət yetirib:

“Ömər ailənin tək oğul övladıdır. Özündən böyük bacısı var. Elmir Hüseynov saxlanılandan sonra olayla bağlı qəribə məlumatlar üzə çıxıb. Sən demə, Elmir Öməri öldürmək üçün həyətlərinə qonşudan keçib. Elmiri ayaqyalın görən qonşu soruşub ki, hara keçirsən? Deyib ki, “Məni öldürürlər, qovurlar, qoymayın, məni gizlədin, ona görə qaçıram”. Təhmasibin (Ömərin atası) həyətinə keçib. Həyətdə Ömərin anası paltar yuyubmuş. Elmir həyətdəki kürəklə uşağın başına vurub. Sonra Ömərin anasına, haraya gələn qadının xalasına xəsarətlər yetirib. Evdə olan Gəncədən qonaq gəlmiş Təhmasibin bacısı qışqırıq salaraq qonşuları köməyə çağırıb. Bundan sonra Elmir həyətdən qaçıb. Qonşular haraya yetməsəydi, Elmir evdəkiləri də öldürəcəkdi”.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 3983