hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

15 yaşlı yeniyetmə niyə intihar edib?- “Ailəsi məcburi köçkündür, uzaqda olurlar deyə...”-Bələdiyyə sədri

15 yaşlı yeniyetmə niyə intihar edib?- “Ailəsi məcburi köçkündür, uzaqda olurlar deyə...”-Bələdiyyə sədri

Oğuz rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Xal-Xal kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağdam rayonun sakini, 2006-cı il təvəllüdlü İsmayılzadə Aydın Elşad oğlu yaşadığı ferma ərazisindən iyirmi metr aralıda talvardan özünü asıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisə ilə bağlı Xal-xal bələdiyyəsinin sədri Nəriman Ramazanov Cebhe.info-ya açıqlamasında bildirdi ki, bu barədə yeni məlumat alıblar: "Biz də hadisəni eşitmişik, ancaq səbəbi bilinmir. Bu gün səhər eşitmişəm. Mən xəstə olduğum üçün hadisə yerində olmamışam. Ancaq ailəsi ilə bağlı bilirəm ki, Ağdam rayonundan olan məcburi köçkün ailəsidirlər, fermada yaşayırlar. İntihar edən çox gəncdir, 15 yaşı var. Bizdən uzaqda olurlar. Ona görə heç bir məlumatımız yoxdur".

Nigar
Cebhe.info


Oxunma sayı: 1882