hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

13 yaşlı qızını qətlə yetirən edam olunacaq? - “Qan pulu ödədikdən sonra...”

13 yaşlı qızını qətlə yetirən edam olunacaq? - “Qan pulu ödədikdən sonra...”

Xəbər verildiyi kimi İranın Gilan əyalətinin Talış rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Yerli hüquq mühafizə orqanlarının məlumatına görə, 13 yaşlı qız Romina Əşrəfi 29 yaşlı kişi ilə ailə qurmaq üçün evdən qaçıb. Bundan sonra polis məsələyə qarışaraq, hər iki ailənin izahatını alıb.

Romina atası tərəfindən ölümlə təhdid olunduğu, evə qayıtdığı təqdirdə, həyatının təhlükədə olduğu barədə dəfələrlə polisə xəbərdarlıq edib. Lakin hüquq-mühafizə orqanları buna rəğmən, onu qaçdığı ailədən alaraq, aidiyyatı üzrə ailəsinə təhvil veriblər.

Qız evə qayıtdıqdan bir neçə gün sonra, mayın 21-də atası yatılı vəziyyətdə olan 13 yaşlı övladının başını oraqla kəsməklə, onu faciəli şəkildə qətlə yetirib. Qətl baş verən gün evdə ata və qızından başqa heç kim olmayıb.

Məlumatda atanın dəhşətli cinayəti törətdikdən sonra polisə gedərək təslim olduğu iddia olunur.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya bildirib ki, İran İslam Respublikasının Cinayət Məcəlləsinin 220-ci maddəsinə əsasən, övladını öldürən atanı qisas cəzası olaraq edam gözləmir:

“O, qan pulu ödədikdən və bir neçə il həbs cəzası yatdıqdan sonra azadlığa çıxacaq”.

Qeyd etmək lazımdır ki, İranda hər il onlarla qadın öz ailə üzvləri olan kişilər tərəfindən "namus qorumaq" adlı altında qətlə yetirilirlər”.

Aydın
Cebhe.info


Oxunma sayı: 7789