hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

10 min ailə dolanışığını bu proqramdan çıxarır - Nazir müavini

10 min ailə dolanışığını bu proqramdan çıxarır - Nazir müavini

"2018-ci ildən özünəməşğulluq proqramına 7267 ailə cəlb olunub. Bu il isə proqrama daha 3 min ailə cəlb edilərək aktivlərin sayı 10 minə çatıb". 

Cebhe.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev özünüməşğulluq proqram işttirakçıkarı və onların aktivlərlə təminatına dair təşkil olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti mərhələ qiymətləndirmə olacaq: 

"2019-cu ildə 4500 şəxs bu proqrama cəlb edilib. Proqrama cəlb edilənlərin 84 faizini regionlar təşkil edir. Proqram iştirakçılarının 47 faizə qədəri sosial müdafiəyə ehtiyacı olan həssas əhali qruplarına aid şəxslərdir. Ailələr əsasən kənd təsərrüfatı və bağçılıq sahəsinə yönəldilib. Kənd təsərrüfatı üzrə fəaliyyət istiqamətlərinin daha da artırılması nəzərdə tutulur. Proqram ümumilikdə müsbət nəticəsini verir. Hazırda özünəməşğulluq proqramına 45 min müraciət var". 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1915