Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zimbabvenin yeni prezidenti and içdi: Stadionda qonşu prezidentlərin xeyir-duası və mahnı sədası altında



Zimbabvedə 93 yaşlı prezidentin istefasından sonra Emerson Mnanqaqva yeni prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.

Cebhe.info xəbər verir ki, onun andiçmə mərasimi paytaxtın ən böyük stadionunda keçirilib.

Mərasimdə qonşu ölkələrin- Mozambik, Zambiya və Botsvanın liderləri də iştirak edib. Stadiona minlərə sakin toplaşıb, onlar mərasim boyu qışqıraraq mahnı oxuyublar. Mnanqaqva həmvətənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görəcəyini vəd edib.

Qeyd edək ki, Mnanqaqva ölkənin 1980-cı ildə müstəqillik qazanmasından sonra sayca 3-cü prezidenti olacaq. O, bu vəzifədə 93 yaşlı Robert Muqabeni əvəzləyib. Muqabe ölkəni 30 ilə yaxın idarə edib. 

İndi onun yerini tutan Mnanqaqva əvvəllər ədliyyə, müdafiə naziri olub. Daha sonra vitse-prezident kürsüsünə yiyələnib və qısa müddət əvvəl vəzifəsindən kənarlaşdırılıb. Hərbçilərin müdaxiləsi ilə Muqabe istefa verdikdən sonra hakimiyyətə gəlib.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений