Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zəhərlənənlərdən 12-i xəstəxanadadır

 



“Hazırda İmişli Rayon Xəstəxanasında zəhərlənmə hadisəsi ilə bağı 12 nəfər saxlanır”. Bunu Səhiyyə Nazriliyi mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova bildirib.

S.Əhmədovanın sözlərinə görə, iyunun 19-da zəhərlənmə təhlükəsi ilə xəstəxanaya 141 nəfər müraciət edib, 12 nəfər xaric digər müaraciət edənlər evlərinə buraxılıblar:

“Bu kütləvi zəhərlənmənin səbəbləri hələ ki, məlum deyil. Analizlər götürülüb, bu mənada səbəbin müəyyən edilməsi 3-4 gün və ya bir həftə çəkə bilər. Elə nəticələr də bundan sonra məlum olar”.

Imişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayev də xəstəxanaya müraciət olunanların hamısına baxıdlığını, 12 nəfərin saxlandığını təsdiq edib:

İyunun 19-da Imişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Bununla da son 9 gündə Azərbaycanda pambıqçılar üçüncü dəfə idi ki, kütləvi şəkildə xəstəxanaya müraciət edirdilər. İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilib. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir ("Amerikanın səsi").

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений