Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub



Zaqatalada keçmiş məhkum küllü miqdarda narkotik vasitəni satarkən iş başında tutulub.

DİN-nin  Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib. Tədbir nəticəsində əvəllər CM-nin müvafiq maddələri ilə bir-neçə dəfə məhkumluq həyatı yaşayan, rayonun Dağlı kənd sakini 1977-ci il təvəllüdlü Elxan Ramazan oğlu Yusifov 1 kq 815 qram narkotik vasitə  hesab edilən qrudulmuş marixuananı satmaq istəyərkən elə iş başında saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений