Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zahid Oruc: “Bu günə qədər heç bir hökumət nümayəndəsi televiziyada ətraflı çıxış etməyib”



“Rusiyalı iqtisadçı deyir ki, bir tərəfdən iqtisadi gərginliyin olduğunu, digər tərəfdən  qızıl və valyuta ehtiyatımızın artdığını deyirik. İndi biz də deyirik  ki, pulumuz yoxdur, ancaq investiya xərclərimiz artır. Saakaşvilinin Gürcüstanda islahatlar zamanı dediyi bir sözü xatırlayıram: “Bəzi dövlət qurumları ləğv etdik, gördük ki, elə bürokratiya yaradan onlardır”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin büdcə müzakirəsi zamanı çıxışında deputat Zahid Oruc deyib.

Z.Oruc Beynəlxalq Bankın dövlətə vurduğu zərərə diqqət çəkib: “1 aya yaxındır ki, büdcə layihəsi təqdim olunub. Ancaq bu günə qədər heç bir hökumət nümayəndəsi televiziyada ətraflı çıxış etməyib. Ancaq büdcə təkcə bir ilə deyil, gələcəyə hesablanmış addımlardır. Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bank haqqında ağrıdıcı məsələlərə toxundu. Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bank bu vəziyyətə gəlib. Bankın hesabatlarından bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problem öhdəlikləri var. Bu isə o deməkdir ki, vətəndaşlardan daha çox dövlətə Beynəlxalq Bank zərər verib”. 

Səhiyyə sahəsində yaşanan problemlərə gəlincə isə Zahid Oruc deyib ki, hər gün 500 uşaq xərçənk xəstəliyinin yoxlanılması üçün müraciət edir: “Səhiyyə xərcləri isə dəyişməyib. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sektor etməlidir. Ancaq bir məsələyə diqqət çəkmək istəyirəm. Professor Cəmil müəllim deyir ki, gündə 500 nəfər uşaqların xərçəng xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət edir. Ancaq onların hamısı xərçəng xəstəsi deyil, yalnız 30 faizi bu xəstəklikdən əziyyət çəkir. 30 faiz 150 nəfər deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbləri biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır”. 

Zahid Oruc hesab edir ki, bağçaların tikintisini dövlət yox, özəl sektor üzərinə götürməlidir: “Hər il 107 min uşaq dünyaya gəlib. Dövlət nə qədər çalışsa da bu qədər uşaq üçün bağça tikə bilməyəcək. Bunu özəl sektor etməlidir”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений