Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yuyucu vasitələr xərçəng yaradır



Müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində gəliblər.

Araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunub. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb. İnsanın tənəffüs zamanı verdiyi nəfəsin ümumi həcmini göstərən ağciyərlərin güclənmiş yaşam həcmi isə evdar xanımlarda il ərzində 4,3 millilitr, xadimələrdə isə 7,1 millilitr azalıb.

Qadınların tənəffüsündə müşahidə olunan bu hal yuyucu vasitələrin tərkibində olan və təmizlik işləri zamanı ağciyərə düşərək onun selikli qişasını qıcıqlandıran maddə ilə bağlıdır. Bu isə astma, xərçəng və s. xəstəliklərə səbəb ola bilər.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений