Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb



Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir.

Bütün məlumatlar süni intellekt vasitəsilə emal olunur.

Cihaz yuxu ilə bağlı mümkün problemləri müəyyənləşdirməyə kömək edir. Sözügedən üzük apnoe xəstəliyi barədə xəbərdarlıq edir. Bu xəstəlik yuxu zamanı insanın çətin nəfəs alması ilə bağlıdır, nəticədə insan yuxuya gedə bilmir, baş ağrılarından əziyyət çəkə, boğula və xoruldaya bilər.

“Go2sleep” qurğusu “Bluetooth” texnologiyasının köməyi ilə smartfona qoşulur və yuxu haqda məlumatları mobil proqrama ötürür. “Ağıllı” üzük şarjsız 3 gecə işləyir.

Cihazın ilkin sifariş qiyməti 89 dollar təşkil edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений