Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yol polisinin maaşı artdı: "Ədalətsiz yazılan protokollar da artacaq"



Tural Yusifov: "Yol Polisinin ədalətsiz yazdığı protokolları artacaq"

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman verib. Fərmanda qeyd olunur ki, yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq etdiyi cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən həmin Nazirliyin "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsində nəzərdə tutulan hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunacaq.

Yeni fərmanı mütərəqqi hesab edənlər də var, bundan Yol Patrul Xidməti əməkdaşlarının istifadə edə biləcəyini ehtimal edənlər də. İddia olunur ki, onsuz da əvvəllər qayda pozmayan sürücüləri belə saxlayıb, onları cərimələyən Yol Patrul Xidməti əməkdaşları indi buna daha çox cəhd edəcək.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən "106.3" radiosunda "Avtostop" verilişinin aparıcısı Tural Yusifov bildirdi ki, burada insan faktorunun rolu çox böyükdür. Yeni fərmanın detallarını açıqlayan aparıcı hesab edir ki, ədalətsiz yazılan cərimə protokolları artacaq: 

"Ümumi olaraq, cərimələrdən yığılan 25 faiz maaşın üstünə gələcək. Bu o demək deyil ki, hər protokola görə 25 faiz maaşın üstünə gələcək. Konkret olaraq il ərzində yığılmış cərimələrin 25 faizi onların maaşına əlavə olunacaq. Tutaq ki, boş yerə cərimə yazacaqlarmı? Onsuzda boş yerə cərimə əvvəllər də yazan var idi. Burada şəxsi maraqlar rol oynayacaq və cərimələr yazaq ki, bizim 25 faizimiz olsun, maaşımız artsın düşüncəsi ilə işləyəcəklər. Dünyanın hər yerində cərimələr var. Bizdən daha artıq olan, bizdən az cərimə tətbiq edən ölkələr də var. Amma mən bunun tərəfdarı deyiləm. Burada insanın şəxsi maraqları var, burda sui-istifadə ola bilər". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений