Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu



Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

 DİN-dən Sfera.az-a verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman A.Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. 

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений