Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

YOL HƏRƏKƏTİ QAYDALARI: Təhlükəsizliyin göstəricilərini ÖYRƏNİN – VIII YAZI



Cebhe.info yol hərəkəti sahəsində olan qanunları nəzərinizə çatdırmaqda davam edir. 
 
Bu dəfə “Yol hərəkəti” Haqqında Azərbaycan Respublikasının Qanununda 21, 22, 23, 24, 25, 26-cı maddələrini təqdim edirik:

Maddə 21. Ətraf mühitin mühafizəsi:

I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı vəistismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları:

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır.
II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.
III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:
1) yolların inkişafı və genişləndirilməsi;
2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;
3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər;
4) müəyyən dövr üçün proqnozlar;
5) əsaslandırılmış konkret məqsədlər;
6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;
7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;
8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi:

I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.
II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait  subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. 

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili:

I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşağıdakılardır:
1) yol-nəqliyyat hadisələrinin;
2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;
3) nəqliyyat vasitələri sürücülərinin;
4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin;
5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı; 
6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri.
II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır:
1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;
2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər.
III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması vəhəyata keçirilməsi işinin təşkilini və tətbiqini təmin edir.
IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi:

I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.
II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edəbilməzlər.

Maddə 26. Layihə və elmi işlərin aparılması:
Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki vəhüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması vəazaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.

Qeyd edək ki, Cebhe.info yol hərəkəti sahəsində insanların məlumatlandırılması və maarifləndirilməsi üçün bu qəbuldən yazıları davam etdirəcək. 

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений