Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni qurum Azərbaycanı Avropadan uzaqlaşdıracaq?



İki ildir müzakirəsi təxirə düşən dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Milli Məclisdə (MM) müzakirəyə çıxarılacaq. Bu məsələ 2016-cı ildən müzakirə olunsa da bu günə qədər bununla bağlı heç bir rəsmi qərar verilməyib. Görünən odur ki, son zamanlar Avropa Məhkəməsinin verdiyi bir sıra qərarlar bu məsələni yenidən gündəmə gətirib.

Maraqlıdır, əgər bu qanun qəbul edilərsə, Avropa Məhkəməsinin Azərbaycan üzərində hansı hökmü qalacaq? Bu münasibətlərə necə təsir göstərəcək?

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hökumət bu qanunu qəbul etməklə bir sıra məsələlərə birdəfəlik son qoymağa çalışır:

“Bu barədə artıq Rusiya təcrübəsi var. Rusiyada da belə analoji qərar var. Azərbaycanda da bunun tətbiqinə çalışırlar. Bir sıra məsələlər var ki, Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıldı. Və onların bir çoxu artıq udmuş vəziyyətdə, bir çoxu da baxılma mərhələsindədir. Azərbaycan hökuməti də bu qanunu qəbul etməklə məsələyə birdəfəlik son qoymaq istəyir”.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev isə bu qanunu qəbul etməkdənsə, müstəqil məhkəmə sistemi qurmağın vacib olduğunu deyib: 

"Əslində son illərə qədər Avropa Məhkəməsində qəbul olunmuş qərarlar Azərbaycan tərəfindən icra olunurdu. Xüsusilə də təzminat məsələlərində. Amma son illərdə aldığım informasiyalara görə artıq icra olunmur. Məsələn, təmsil olunduğum partiyanın sədri Sərdar Cəlaloğlu bir neçə dəfə Avropa Məhkəməsinə müraciət edib və Azərbaycan dövləti verilən maliyyə cəzasını ödəyib. Ancaq bir sıra məsələlər var ki, onlarda Avropa Məhkəməsinin verdiyi qərarlar ümumiyyətlə, icra olunmur. İşgəncə faktı ilə bağlı Avropa Məhkəməsinə müraciət edilmiş,  məhkəmədə Azərbaycana maliyyə sanksiyası və işgəncə verən şəxslərin işdən çıxarılması ilə bağlı qərar qəbul olunmuşdu. Burada təkcə Sərdar bəy deyil, 2003-cü il hadisələrində həbs olunmuş bir çox şəxslərin şikayəti var idi. O, zaman bununla bağlı Azərbaycanda proseslər başlanıldı, ancaq sonradan bu məsələ qeyri-müəyyən vaxta qədər təxirə salındı. Çünki hökumət müxalifətçilərə işgəncə verən şəxsləri cəzalandırmaq niyyətində deyildi. Digər tərəfdən, İlqar Məmmədov və Əli İnsanov haqqında Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar var ki, kağız üzərində qalıb. Ancaq yeni qəbul olunması gözlənilən qərarın nə qədər effektiv olacağını demək çətindir. Bütün hallarda yaradılacaq qurumun əlində elə rıçaqlar olmalıdır ki, dövlətlərə təsir etmək imkanı olsun. Ola bilər ki, Avropa Məhkəməsinin bundan sonra verəcəyi bütün qərarlar elə kağız üzərində qalsın. Digər tərəfdən, Azərbaycanın Avropa məkanını tərk etməsi haqqında informasiyalar dolaşırdı. Hansı dövlətlərdə ki, məhkəmələr azaddır, məmura deyil, qanuna tabedir, təbii ki, o dövlətlərdə Avropa Məhkəməsinin qəbul etdiyi qərarların icrasında heç bir problem yoxdur. Amma o, dövlətlərdə ki, bu şərtlər pozulur, həmin dövlətlərdə yerli məhkəmələrin Avropa Məhkəməsinin qərarlarını icra etməsi mümkün görünmür. Ona görə də düşünürəm ki, ölkədə ilk növbədə müstəqil məhkəmə sistemi qurulmalı və qanunun aliliyi təmin olunmalıdır. Bu olacağı təqdirdə, Avropa Məhkəməsinə gedən işlərin sayında xeyli azalma olacaq”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений