Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Yeni ildə ölkə vətəndaşlarını daha ciddi bahalaşma gözləyir" - İqtisadçı



Hər ilin dekabr-yanvar aylarında kommunal xidmətlərdə, həmçinin ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. 

Maraqlıdır, bu il də qiymət artımı gözləniləndirmi?

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bu haqda danışıb. O, bildirib ki, qarşıdakı aylarda bahalaşma müşahidə ediləcək:

“Adətən hər dekabr-yanvar aylarında bahalaşma gözə çarpır ki, bunun da əsas amillərindən biri də mövsümlə əlaqədardır. Bu tendensiya qarşıdakı aylarda da gözləniləndir. Yeni ildə ölkə vətəndaşlarını daha ciddi bahalaşma gözləyir. Hazırda Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir. Xərc inflyasiyasının təsiri altında qiymətlərin qalxması müşahidə ediləcək. Bu da əhalinin gəlirlərinin azalmasını şərtləndirən inflyasiyanın sürətlənməsinə təkan verəcək”. 

İqtisadçı ötənilki büdcə hesabatından fərqli olaraq, bu dəfə neftdən transferlərin artdığını deyib: 

“Büdcənin təxminən 50 faizdən çoxu neft gəlirlərindən ibarətdir. Bununla belə, əhalinin gəlirləri və sosial vəziyyətinə təsir edən əmək haqqı, sosial xərclər olduğu kimi qalıb”. 

A.Nəsirlinin sözlərinə görə, növbəti ildə əhalinin gəlirlərinin artma ehtimalı az olacaq: 

“Lakin büdcənin neft fondundan gələn xərclər hesabına şişirdilməsi xərc inflyasiyası yaradacaq. Bu da əhalinin real gəlirlərinin aşağı düşməsinə təsir edəcək”.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений