Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yəməndə yoluxucu xəstəliklər can almağa davam edir



Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib.

Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.

Qeyd olunur ki, xəstəlik əsasən Yəmənin iki əyalətində yayılıb.

Qeyd edək ki, Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений