Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yazıçılar Birliyində vəzifə alan Namiq Məna: Təbriki də qəbul etməyib



Tanınmış meyxanaçı, özünün təbirincə desək, bədihə ustası Namiq Mənadan xəbər var. Cebhe.info-nun məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib. Yeni yaradılan Qubadlı bölməsinə sədrliyinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub. O, artıq ədəbi ictimaiyyətə təqdim olunub. Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Xeberle.com-a təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib. 

Cebhe.info-nun müxbiri ilə söhbətində Namiq Məna ona ünvanlanan təbrikini cavabsız qoyub. Hazırda çox məşğul olduğunu deyib. Özünün sonra əməkdaşımızla əlaqə saxlayacağını bildirib. 

Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində fəhlə ailəsində anadan olub. 12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Kino Aktyorluq fakültəsini bitirib. O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb. 

Aysel 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений