Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yazıçılar Birliyi Müşfiqi "qıjı" adlandıran üzvündən xəbərsizdir: Nə yazdığını araşdıracaq



Xəbər verildiyi kimi gənc şair Elşad Barat Mikayıl Müşfiqi təhqir edib. Mikayıl Müşfiqin yaradıcılığı ilə yaxından maraqlandığını deyən Elşad Barat onu mənasız şair olaraq qələmə verib. 

O, iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür: 

“Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub. Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”, - deyə Elşad Barat qeyd edib.

Qeyd edək ki, son vaxtlar gənc yazarlar arasında təhqirləri və söyüşləri ilə gündəmə gələnlər olur. Onlardan biri də Elşad Baratdır. 

Maraqlıdır, Elşad Barat Azərbaycan Yazıçılar Birliyinin üzvüdürmü?

Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza gənc yazarın birliyin üzvü olduğunu təsdiqləyib. O, Elşad Baratın Mikayıl Müşfiq haqda tənqidi fikirləri ilə tanış olmadığını bildirərək, məsələ ilə bağlı maraqlanacağını da vurğulayıb. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений