Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yazıçı siqaret çəkənləri təhqir etdi – “Bu qədər pulu siqaretə xərcləyən adam cahil deyilsə, nədir?”



“Siqaret çəkmək həm də cahillikdir. Hər dəfə marketdən nəsə alıb kassaya yaxınlaşanda orada insanların siqaretə xeyli pul verdiklərini ürək ağrısı ilə müşahidə edirəm. Bəzən üst-başı nimdaş insanların bir qutu siqaretə 2-3 manat xərcləməsinə dözə bilmir, amma susuram”.

Cebhe.info xəbər verir ki, bu sözləri tərcüməçi-yazar Nadir Qocabəyli deyib. Yazar qeyd edib ki, gündə siqaretə 5-6 manat xərcləyən insanın pis yaşayışdan şikayətlənməyə haqqı yoxdur:

“Ayda 150-200 manat arası bir məbləğdir. Bu pul mənim 4 nəfərlik ailə büdcəmin təxminən üçdə birinə bərabərdir. Əgər gəlirimdən bu məbləği çıxsam, ailəmin dolanışığı xeyli çətinləşər. Bəs ayda bu qədər pulu siqaretə xərcləyən adamın dolanışıqdan şikayətlənməyə haqqı varmı? Yaxud elə bilirsiniz, hökumət bunları görmür? İnsanın öz gəlirinin üçdə birini, yaxud yarısını siqaretə xərcləməsinin cahillikdən başqa adı yoxdur. Onu da bildirim ki, əhalimizin xeyli hissəsinin bütün məsələlərə münasibəti elə bu cür cahilyanadır. Problemlərimizin kökündə də bu dayanır. Öz-özünü idarə edə bilməyən insanların hakimiyyətdən şikayətlənməyə haqqı yoxdur. Bu günlərdə prezident İlham Əliyev əhalini siqareti tərgitməyə, bu zərərli vərdişdən əl çəkməyə çağırdı. Məncə, çox yerində olan bir müraciət idi və əgər bir az düşünsək anlayarıq ki, prezident bununla bizi həm də məsuliyyətli olmağa, pulumuzu havaya sovurmamağı çağırırdı”.

Nadir Qocabəyli siqaret çəkməyi tərgitdiyini də diqqətə çatdırıb: 

“Vaxtilə mən də siqaret çəkmişəm, amma 8 il olar tərgitmişəm. Həftəyə bir qutu çəkirdim, bununla belə baxdım ki, həm canıma, həm də büdcəmə ziyan vurur. O vaxt mənim çəkdiyim siqaretin qiyməti 1 man. 20 qəpik idi. İndi onlar 3 manatdan bahadır. Mənim qazancıma görə, ayda 12-15 manat elə də çox sayılmaz, amma bir məsələ də var ki, 15 manat 15-20 günün çörəkpulu, bir ayın işqpulu, iki ayın supulu, kilo yarım ət, bir kiloya yaxın kərə yağıdır”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений