Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yazıçı Anardan prezidentə: "Sizə inanırdıq"



Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.

Cebhe.info həmin məktubun mətnini olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli Prezidentimiz!

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin işiylə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq. Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunu ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.

Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi, Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığından sonra “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib. Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений