Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yanne İbrahimoviçə qarşı çıxdı



İsveç millisinin baş məşqçisi Yanne Andersson Zlatan İbrahimoviçin yığmaya qayıdışının mümkünlüyü ilə bağlı fikirlərə münasibət bildirib.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: “Bu real deyil. İbrahimoviç bir il yarım əvvəl yığmadakı karyerasını başa vurub. Amma biz hələ də onun haqda danışırıq. Mənə isə hazırda bu komandada çıxış edən böyük futbolçular haqda danışmaq lazımdır. Bu gün çox qəhrəmanımız var. İbrahimoviç komandada olanda fərqli üslubda oynayırdıq. O, yığmadan getdikdən sonra başqa üsluba uyğunlaşmalı olduq. Ancaq yenə də Zlatan böyük futbolçu olaraq qalır".

Qeyd edək ki, İsveç DÇ-2018-in pley-off-unda İtaliyanı mübarizədən kənarlaşdıraraq mundiala vəsiqə qazanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений