Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 181 ədəd PHS aşkarlanıb



Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə təmizləmə əməliyyatları keçirib.
 
ANAMA-dan verilən məlumata görə, bu gün sözügedən hərbi hissənin ətrafına baxış keçirilib, 181 ədəd partlamamış hərbi sursat (PHS), 207 ədəd partlamış-yanmış mərmi qalıqları və 739 kq yandırma məhsulu aşkar edilərək götürülüb.
 
Nəticə etibarilə 97 000 kv.m (9.70 ha) ərazi yoxlanılıb.
 
Eyni zamanda Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений