Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəzər su qıtlığını aradan qaldıracaq? - AMEA-dan AÇIQLAMA 



Xəzər dənizinin suyu təmizləndikdən sonra içməli su kimi istifadə edilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttarzadə mətbuata açıqlamasında deyib. 

Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər:"Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var". 

Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir. 

Bəs, su çatışmazlığı yaşanan müasir dövrdə Xəzər dənizinin suyunun içməli hala gətirilməsi gələcəkdə ölkəmizdə içməli su qıtlığının aradan qalxmasına səbəb ola bilərmi? 

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi Hidrometeorologiya Şöbəsinin rəhbəri Zabit Allahverdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bununla içməli su problemini həll etmək mümkün deyil: “Bu, yaxın gələcəkdə də mümkün deyil. Modul tipli stansiyanın istifadə etməklə suyun təmizlənməsi əhalinin suya olan tələbatını ödəyə bilməz”. 

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений