Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xeyir diktatora, mükafat Trampa? - Sinqapur sammitinden sonrakı GƏLİŞMƏ



Uzun müddət soyuq münasibətdə olan ABŞ və Şimali Koreya nəhayət sülh barədə razılığa gəldilər. Hər iki ölkənin lideri Sinqapurda görüşərək bəzi məsələlərdə anlaşdı və gələcək əməkdaşlıq üçün birgə çalışacaqlarını bəyan etdilər. 

Bir neçə ay əvvəl bir-birlərinin ünvanına ağır ittihamlar səsləndirən adı çəkilən ölkələrin hətta müharibə variantı belə istisna olunmurdu. Ona görə də, Sinqapurda əldə olunan razılıq ekspertlər və dünya siyasətçiləri tərəfindən Donald Trampın uğuru kimi qiymətləndirilir. Bundan əlavə onun yaxın zamanlarda adının Nobel mükafatının namizədləri siyahsına salınacağı ehtimal olunur. ABŞ və Şimali Koreya arasında əldə olunmuş bu razılaşmanı bir çoxları D.Trampın uğuru kimi qələmə versə də, bəziləri Kim Çen Inın nailiyyəti olaraq dəyərləndirir. 

Məsələni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.İnfo-ya açıqlamasında bildirdi ki, ABŞ-la Şimali Koreya arasında münasibətlərin normallaşmasında hər iki dövlətin liderinin zəhməti var: 

"Dünənə qədər bir-birinə qarşı ağır ittihamlar səsləndirən Donald Tramp və Kim Çen In tarixi addım atdılar. Hər ikisinin sazişə ehtiyac var idi. Donald Tramp xarici siyasətində ilk böyük uğurunu qzanmaq istəyir, Kim Çen In isə izolyasıyadan və sanskiyalardan qurtulmaq istəyir. Şimali Koreyanın maliyyə inaələrinə ehtiyacı var. Bu baxımdan saziş ilk növbədə Kim Çen In üçün xeyirlidir. Ancaq bu ilk və kövrək addımdır. Əgər Şimali Koreya nüvə sınaqları ilə yanaşı nüvə silahından da imtina edərsə bu Trampın böyük qələbəsi olacaq və Nobel sülh mükafatına əsas namizədlərdən biri olacaq".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений